“Məşhurlar, iş adamı, siyasətçilər bizimlə min oyundan çıxırlar”. Sosial şəbəkə istifadəçiləri yəqin ki, belələrinin profillərinə tez-tez rast gəlirlər. Onlar şəkillərini paylaşır, nömrələrini yayır, özlərinə müştəri cəlb edirlər. Söhbət, translardan gedir. Məlumat üçün bildirək ki, transseksuallar özünü qarşı cinsə aid edən, həmçinin qarşı cinsə bənzəmək istəyi və ya özünü qarşı cinsdən biriymiş kimi hiss edən şəxslərə deyilir. Onlar əməliyyat yolu ilə cinsiyyətlərini dəyişə, sosial və hüquqi olaraq qarşı cinsə keçə bilərlər. Transseksuallığın xəstəlik olub-olmaması bu gün mübahisəli mövzu olaraq qalır. Haqqında danışdığımız şəxslər cinsi dəyişkənliyi yeniyetməlik dövründən hiss etməyə başlayırlar. Bu yazıda sizlərə heç də translar haqqında uzun- uzadı söz açmaq istəmirik. Yuxarıda da qeyd etdiyimiz kimi onlar sosial şəbəkələrdə tüğyan edirlər və dostluqlarında minlərlə insan olur. Bu minlər isə sən, mən, o, bir sözlə bizlərik. Cəmiyyətdə, xüsusən, gənclər arasında translara marağı nəzərə alıb çalışdıq ki, bu cinsi azlıqların nümayəndələri ilə söhbətləşək. Baxın, necə alındı... AZXEBER.COM 168saat.com-a istinadən həmin cinsi azlıqlarla müsahibəni təqdim edir: İlk müsahibizim özünü Türkan adlandırır. Sumqayıtda yaşayır. 1991-ci il təvəllüdlüdür. - Türkan, çoxdan əks cinsə marağın var? - Orta məktəbdə oxuyandan. Təbii ki, yuxarı siniflərdə. Oğlanları çox sevirəm. Mən də beləyəm. - Müştərilərinlə harda görüşürsən? - Biz bir neçə trans Bakıda ev kirayə tutmuşuq. Ancaq orda görüşürük. Başqa yerlərə getmirəm. - Niyə? - Çünki cəmiyyət bizi kimilərini qəbul etmir. Söz atır, incidirlər. Polislər də bizə normal işləməyə imkan vermirlər. - Şəkillərinin bəzilərində əsl xanıma oxşayırsan. Elələri də vardır ki, elə özünsən, normal, gənc oğlan. Necə olur bu? - Biz dərmandan istifadə edirik. Müştəri ilə görüşəndə içdiyimiz dərman bədən üzvlərimizi dəyişir və qadına oxşayırıq. Ancaq bu, orqanizmimiz üçün ziyanlıdır. - Cinsiyyətini niyə dəyişmirsən o zaman? Axı həmkarlarının çoxu belə edir. - Evdə valideynlərim bilsə, məni öldürərlər. - Onlar sənin belə olduğunu bilmirlər? - Cinsi zəif olduğumu bilirlər, ancaq bu yolla pul qazandığımı bilmirlər. - Müştərilərin kimlərdir? - Əsasən gənclər. Ancaq ara-sıra yaşlılar da bizlə vaxt keçirirlər. Sumqayıtda dövlət məmurlarının bəziləri hər həftə bizimlə görüşür. Adlarını desəm, şoka düşərsiz. Ancaq demərəm. Qadınlarla bizim əsas fərqlərimizdən biri də ağzı bütöv olmağımızdır. Müştərilərimiz də bunu bilir. - Qadın geyimində küçədə sərbəst